Dünyadan

Şimali Koreya liderindən “Messi təlimatı”

FIFA sıralamasında 126-cı yerdə qərarlaşan Şimali Koreya, yaxın gələcəkdə əvvəl Asiyada, sonra da dünyada səs gətirəcək addımlar atmaq üçün hərəkətə keçib.

İdmanxeber.com-un məlumatına görə, Şimali Koreya lideri Kim Yonqun dəstəyi ilə keçən il paytaxt Pxenyanda açılan futbol məktəbinə Şimali Koreyalı gənclər böyük maraq göstərərkən, yaşları 9 ilə 11 arasında olan 200 nəfərin futbol təhsili aldığı məktəbdə hər kəsin hədəfi bir gün Messi olmaq…

Asiya Futbol Konfederasiyası İcra Komitəsi Üzvü Şimali Koreyalı Han Un-Qyunq Filippinin paytaxtı Manilada verdiyi açıqlamada, “Messini ölkəmizə dəvət etmək istəyirik, çünki uşaqlarımız onu çox sevir”, – deyə qeyd edib.

Futbol üzrə milli komandanın norveçli baş məşqçisi Yorn Andersen hələ ki, qlobal ulduz çıxardacaq səviyyədə olmadıqlarını, “Lionel Messi yaradacaqlarını düşünmürəm. Amma Asiya üçün yaxşı futbolçular yetişdirə bilərlər. Çox istedadlı oyunçular var”,- sözləriylə açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43