Dünya futbolu

Premyer Liqa klubu Asensionu transfer edir

Marko Asensio karyerasını “Aston Villa”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Unay Emeri yarımmüdafiəçinin transfer edilməsini istəyib. “Real” isə ispaniyalını buraxmaq niyyətində deyil. 

Baş məşqçi Karlo Ançelotti futbolçunun performansından narazı deyil. Ancaq 27 yaşlı futbolçu “Real”la müqaviləni yeniləməyək istəmir.

O, yaxın vaxtda gələcək karyerası ilə bağlı qərarını verəcək. 

Asensio ötən mövsüm La Liqada 30 oyuna çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43