Ölkə futbolu

“Sumqayıt”da xaos

“Sumqayıt” klubunda maliyyə problemləri yaşanır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik iki aydır oyunçuların maaşlarını ödəmir. Bununla yanaşı, futbolçular qələbə qazandıqları iki matçda vəd olunan “premya”nı da ala bilməyib.

Oyunçular bununla bağlı rəhbərliyə müraciət etsələr də, hələlik heç bir nəticə yoxdur. Onlara problemin nə vaxt həll olunacağı barədə hər hansı bir məlumat verilməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43