Dünya futbolu

“Real”ın oyunçusu “İnter”ə keçir

“Real”ın müdafiəçisi Naço mövsümün sonunda klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi 33 yaşlı futbolçuya yeni müqavilə təklif etməyib. O, yayda azad agent statusu ilə komandadan ayrılacaq.

Futbolçu “İnter”in maraq dairəsindədi. Milan klubu yaxın vaxtda oyunçu ilə danışıqlara başlayacaq.

2022/23 mövsümündə Naço 43 oyun keçirib, o, bir qol vurub və bir məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43