Dünya futbolu

Premyer Liqa klubunda yeni baş məşqçi

İngiltərə Premyer Liqa təmsilçisi “Kristal Pelas” baş məşqçi Patrik Viera ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, 12 oyundur qalib gələ bilməyən komanda bu qərarı verməyə məcbur qalıb. Onun yerinə təcrübəli mütəxəssis Roy Hocsonla anlaşıb. 

O, mövsüm sonuna qədər “Kristal Pelas”ı çalışdaracaq. 75 yaşlı mütəxəssis bu təklifdən məmnun olduğunu bildirib.

Komanda hazırda Premyer Liqada 27 xalla 12-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43