İdman

Millimizin dünya birinciliyi üçün heyəti açıqlandı

Ağır atletika üzrə Azərbaycan yığmasının martın 25-də Albaniyanın Dürres şəhərində start götürəcək yeniyetmələr arasında dünya birinciliyi üçün heyəti açıqlanıb.

İdmanxeber.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, aprelin 1-dək davam edəcək yarışda milli komandamızın üç üzvü gücünü sınayacaq.

Birincilikdə Dəniz Cabbarlı (55 kq), Turan Əliyev (67 kq) və Ravin Alməmmədov (73 kq) medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, dünya birinciliyinə 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atlet qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43