Ölkə futbolu

Premyer Liqamızda 12 000-ci qol vuruldu

“Neftçi”nin futbolçusu Dario Federiko Azərbaycan çempionatları tarixinə düşüb. Braziliyalı legioner yarışın 26 illik tarixində 12000-ci qolun müəllifi olub. O, yubiley qolunu Topaz Premyer Liqasının VI turunun “Səbail”lə ev matçının (4:0) 6-cı dəqiqəsində vurub.

“Bakcell Arena”dakı görüşdə dubl müəllifi olan Dario hesabı açdığı topla 12000-ci qola imza atıb. Bu görüşədək Azərbaycan çempionatları tarixində 11999 qol vurulmuşdu. Nəticəsi ləğv olunan matçlar, həmçinin texniki nəticələrin hesaba alınmadığı statistikaya əsasən 1992-ci ildən keçirilən yarışdakı 4703-cü matçda qol sayı 1203-ə çatıb.

Qeyd edək ki, Darionun matçdakı ilk qolu həm də 2018/19 mövsümünün 50-ci topu olub. Əvvəlki 5 turun 19 oyununda (1 matçın nəticəsi ləğv olunub) 49 qol qeydə alınmışdı. Əvvəlki mövsümlərdə 11950 qol vurulduğu üçün 50-ci top, həm də 12000-ci olub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43