Ölkə futbolu

“Qarabağ” – “Arsenal” matçının hakimləri açıqlandı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Arsenal”la keçirəcəyi oyuna təyinatlar açıqlanıb.

“Qarabağ”ın UEFA Avroliqasının qrup mərhələsindəki ikinci oyununu  italiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Davide Massa, yan xətt hakimləri isə Filippo Meli və Alessandro Kostanzo olacaq. Əlavə köməkçi hakimlər funksiyasını Daniele Doveri və Mixael Fabbri yerinə yetirəcək. Matçın 4-cü hakimi isə Fabiano Pretidir.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionun keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu saat 20:55-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43