Ölkə futbolu

“Pro” alan məşqçilərimiz – Rəşad Sadıqov, Samir Abasov

AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub. 

İdmanxeber.az-ın məlumatna görə,  diplom və sertifikatlar AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert və kursların təlimatçısı Aslan Kərimov tərəfindən təqdim edilib.

Rəşad Sadıqov, Samir Abasov, Mahmud Qurbanov, Elçin Rəhmanov,  Zaur Həşimov, Elşad Əhmədov, Ramin Quliyev və Siyasət Əsgərov Pro sertifikatını alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43