İdman

“Proqres” – “Qəbələ” matçı canlı yayımlanacaq?

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Proqres” – “Qəbələ” oyunu canlı yayımlanmayacaq. 

İdmanxeber.com-un məlumatına görə, Lüksemburq telekanalları matçı canlı yayımlamaqda maraqlı deyillər.  Görüş “Qəbələ”nin saytı vasitəsi ilə azarkeşlərə təqdim olunacaq.  

Qeyd edək ki, “Proqres” – “Qəbələ” matçı iyulun 19-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43