Kateqoriyasız

Prosineçki türkəsilli futbolçunu yenidən milliyə dəvət etdi (FOTO)

“Qaziantep Böyükşəhər Bələdiyyəspor”un futbolçusu Ufuk Budak yenidən millimizə çağırılıb.

İdmanxeber.com-un məlumatına görə, Robert Prosineçki 25 yaşlı müdafiəçini Andorra, Makedoniya və Kanada ilə yoxlama matçları üçün milliyə dəvət edib.

Qeyd edək ki, U.Budak sonuncu dəfə 2014-cü ildə həmin vaxt yığmanın baş məşqçisi olan Berti Foqts tərəfindən milliyə çağırılıb.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43