Kateqoriyasız

Vəli Qasımov azarkeşlərə təşəkkür etdi

“Kəpəz” klubunu avrokuboklara vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Mən özüm Gəncə şəhərindənəm, arzu edirəm ki, “Kəpəz” klubu Avropa Liqasının qrup mərhələsində oynasın. Bu günkü qarşılaşmaya gəlincə, ilk hissədə oyunumuz alınmadı, amma fasilədən sonra yaxşı oynadıq və qələbə qazandıq”.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqanın 34-cü turunda “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, növbəti oyunlarda da azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib:

“Yeri gəlmişkən, azarkeşlərimiz uzun yol gəlmişdilər, dəstək olduqlarına görə onlara təşəkkür edirəm”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43