Dünya futbolu

PSJ Hakim Ziyeşlə anlaşdı

“Çelsi”nin futbolçusu Hakim Ziyeş karyerasını Fransada davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu “L’Équipe” nəşri məlumat yayıb. Bildirilir ki, futbolçu PSJ-yə transfer olunub. Tərəflərin artıq razılaşdığı vurğulanıb.

29 yaşlı futbolçu bu mövsüm “Çelsi”nin heyətində15 oyunda 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43