Dünya futbolu

“Barselona” millinin futbolçusunu istəyir

“Barselona” “Fiorentina”nın  yarımmüdafiəçisi Sofyan Amrabatla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 26 yaşlı futbolçu üçün A Seriyası təmsilçisinə müraciət edib. Rəhbərlik Mərakeş millisinin üzvünü satın alma opsiyalı icarəylə heyətinə qatmaq istəyir.

Amrabatın “Fiorentina” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

O, cari mövsüm klubun heyətində 25 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43