Ölkə futbolu

“Yassin Benzianın hazırlığı digərlərindən aşağıdır” – Qurban Qurbanov

“Hazırda bir oyunçu ilə danışıqlar gedir. Transfer alınsa, bir futbolçu ilə razılaşmaq istəyirik. Qapıçı axtarışlarımız davam edir”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlaması zamanı deyib. Təcrübəli mütəxəssis daha sonra belə davam edib:

“Təəssüf ki, qapıçı mövqeyində hələ də istədiyimiz kimi irəliləyiş yoxdur. Ancaq son günə qədər danışıqlara davam edəcəyik. Andrey Lunyovla çox ciddi danışıqlar getdi. Sonradan alınmadı. Siyahıda adlar çoxdur. Hər yönə əl atırıq.

Qurbanov yeni transferlərdən Yassin Benzianın Konfans Liqasınının pley-off mərhələsində keçiriləcək “Gent” oyununa tam hazır olmadığını bildirib:

“Gent”lə oyunda iki yeni oyunçumuz hazır olacaq. Anaq Yassin Benzianın hazırlığı digərlərindən aşağıdır. Qarşıda vaxtımız var. Daha dəqiqini oyun günündə biləcəyik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43