Dünya futbolu

PSJ portuqaliyalı futbolçu üçün 65 milyon veririr

PSJ “Benfika”dan Qonsalu Ramuşu heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, parislilər bu transfer üçün 65 milyon avro və əlavə olaraq 15 milyon bonus ödəyəcək.

PSJ həm Ramuşu, həm də Dembele transferini həftə sonuna kimi bitirmək istəyir.

“Benfika”nın yetirməsi olan 22 yaşlı hücumçu indiyə qədər “qartallar”ın heyətində 106 oyuna çıxıb və 41 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43