Ölkə futbolu

Millimizin futbolçusu Türkiyə klubunda – Bu məbləğə razılaşdı (ÖZƏL)

Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadə karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az-a verilən məlumata görə, oyunçu I Liqa təmsilçisi “Tuzlaspor”la anlaşıb. Bir neçə gün öncə “Kəpəz”lə müqavilə bağlayan Həsənalızadə Gəncə klubunda rəsmi oyun keçirməmiş “sarı-göyləri” tərk edəcək.

Belə ki, futbolçunun müqaviləsində ölkə xaricindən təklif gələcəyi təqdirdə, komandadan ayrılacağı qeyd edilib. Onun yeni klubundakı maaşı da bəllidir.

Bəxtiyar Tuzla təmsilçisində aylıq 10 min dolar qazanacaq. O, ötən mövsümü “Sabah”da keçirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43