Kateqoriyasız

“Qəbələ” Macarıstanda dəstəksiz qalmayacaq

Azərbaycan təmsilçilərinin Avropadakı oyunlarında daim tribunalarda olan “Milli Dəstə” “Qəbələ”nin Konfrans Liqası II təsnifat mərhələsin çərçivəsində səfərdə qarşılaşacağı “Fehervar” görüşü üçün Macarıstana gedəcək.

İdmanxeber.az-ın məlumatına görə,  bu barədə azarkeş dəstəsinin təsisçilərindən olan Şamil Mustafayev sosial şəbəkə hesabından paylaşım edib. O, tribunaya özünün başçılıq edəcəyini də vurğulaylıb.

“Fehervar” – “Qəbələ” matçı sabah Macarıstanda keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43