Ölkə futbolu

“Qəbələ”də məşqçi dəyişikliyi

“Qəbələ”nin U-19 komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib. 

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Famil Xəlilov  “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub.

2017-2018-ci illər mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan mütəxəssis ötən ilin avqustunda U-19-dan ayrılmışdı. Buna səbəb Xəlilovun 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi təyin olunması idi.

Beş aydan sonra “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib. İmaməliyev müxtəlif komandalarını çalışdırdığı futbol akademiyasından ayrılıb. İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasında məşqçi kimi davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43