Ölkə futbolu

“Qəbələ”nin məşqçisi cəzalandı

“Qəbələ”nin məşqçisi Rasim Ramaldanov 2 oyuluq cəzalandırılıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəssi bu gün keçirilən iclasında qərar verib. 

Misli Premyer Liqasının 7-ci turunun “Qəbələ” – “Qarabağ” oyununun 42-ci dəqiqəsində ev sahibi klubun məşqçisi Rasim Ramaldanov meydana daxil olaraq rəqib oyunçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyunluq cəzalanıb, “Qəbələ” klubu 1000 manat cərimə edilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43