Ölkə futbolu

“Kəpəz” Gəncəni tərk edir: “A” və “B” planı hazırdı

Yaxın vaxtda Gəncə şəhər stadionunun söküləcəyini xəbər vermişdik 

İdmanxeber.az-a daxil olan məlumata görə, bu səbəbdən “Kəpəz” klubu növbəti dəfə ev oyunlarını neytral meydanda keçirəcək. Rəhbərlik hazırda rəqiblərini qəbul etmək üçün iki alternativ üzərində çalışır – Tovuz və ya Qəbələ rayonları.

Məsafənin yaxın və xərclərin daha az olması üçün “sarı-göylər” Qərb bölgəsində qalmağa daha çox üstünlük verə bilər. Ancaq Gəncədə təbii ot örtüyündə çıxış etməyə vərdiş edən futbolçular üçün Qəbələ variantı da qüvvədədir. 

Rəhbərliyin məsələ ilə bağlı yaxın günlərdə qərar verməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43