Dünya futbolu

“Qələbəmizlə fəxr edirik” – “Sevilya”nın kapitanı

“Motivasiya baxımından çətin oyun idi. Mərhələni təmin etdiyimizdən matça sonadək köklənmək ağır olur”.

Bu sözləri  “Sevilya”nın kapitanı Daniel Karrisu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Portuqaliyalı futbolçu “Qarabağ”ın müdafiəyə qapandığı üçün ilk hissədə hücumda çətinlik çəkdiklərini bildirib:”İkinci hissədə sürətli oynamağa başladıq. Buna görə iki qol vurduq. Üstün oynamaq  asan deyildi. Fasilədən sonra daha ciddi təsir bağışladıq. Bu səbəbdən, qələbəmizlə fəxr edirik”.

Müdafiəçi 5 oyunda cəmi 2 top buraxdıqlarını da xatırladıb: “Qrupda favorit olduğumuzu bilirdik. 4 görüşdə qapımızı toxunulmaz saxlamışıq. İddialıyıq və hədəfimiz bütün matçlarda 3 xal qazanmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43