Dünyadan

“Qalatasaray” azarkeşləri üçün şad xəbər

Çempionlar Liqasında “Çelsi” ilə matçda zədələnən və buna görə də əməliyyat olunması üçün Qətərə yollanan Dide Droqba tibbi müayinədən keçib.

İdmanxeber.com-un məlumatına görə, tibbi müayinədən keçən ulduz futbolçunun zədəsinin ciddi olmadığı məlum olub. Bu səbəbdən onun əməliyyat olunmasına ehtiyac qalmayıb.

İki həftəyə İstanbula dönəcək Droqbanın Türkiyə kubokunda “Əskişəhərspor”la final matçında iştirak edəcəyi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43