Kateqoriyasız

“Qalatasaray” “Beşiktaş”ı taxtdan saldı – VİDEO

Türkiyə superliqasında 16-cı turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, turun mərkəzi görüşü İstanbulda keçirilib. Burada "Beşiktaş" "Qalatasaray"ı qonaq edib.

Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Beşiktaş" "Cim-Bom"a müqavimət göstərə bilməyib. Gəlmələr iki cavabsız qolla 3 xalı qazanaraq, "qara qartal"ı taxtdan salıb. 

3 yanvar

Türkiyə superliqası, 16-cı tur

"Beşiktaş" – "Qalatasaray" –  0:2

Qollar: Melo, 50, Burak, 90+6

 


Besiktas 0 – 2 Galatasaray All Goals and… ViralDailyTV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43