Kateqoriyasız

Emil Balayev “Ayntraxt”da “siftə” etdi, komandası çempion oldu

Azərbaycanlı qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunun heyətində mini turnirdə iştirak edib.

İdmanxeber.com-un məlumatına görə, "Harder Cup" adlı turnirdə ilk dəfə "Ayntraxt" forması geyinmək şansı qazanan Balayev "Karlsrue" (2:1), "Valdof" (3:0) və "Kayzerslautern" (5:4) kimi klublara qarşı mini matçların iştirakçısı olub.

Balayevin yeni komandası sözügedən turnirin qalibi olub. Frankfurt təmsilçisi finalda "Karlsrue"yə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43