Dünya futbolu

“Qalatasaray” və “Fənərbağça” “Borussiya”nın futbolçusu istəyir

“Borussiya”  futbolçusu Mahmud Daudla yollarını ayıracaq.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu bir çox klubun diqqət mərkəzindədir. Almaniyanın “Sky Almania” nəşri “Qalatasaray” və “Fənərbağça”nın da futbolçu ilə maraqlandığını iddia edib.

Mahmud Daud 2018-ci ildə “Fortuna”dan 12 milyon avro qarşılığında Dortmund təmsilçisinə keçib. O, cari mövsüm 7 oyunda forma geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43