Dünya futbolu

“Qalatasaray”ı Qarabağda görmək istəyirəm” – Dursun Özbek

“Azərbaycanın 80 faizi “Qalatasaray”lıdır. 65 minlik stadionda 62 min 500 tamaşaçı vardı. Əksəriyyəti “Qalatasaray”a azarkeşlik edirdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qalatasaray”ın prezidenti Dursun Özbək Bakıda xeyriyyə məqsədi ilə  keçirilən “Qarabağ” – “Qalatasaray”matçı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Cənab Prezident İlham Əliyevin və xanımının matçda iştirak etməsi oyuna ayrıca gözəllik bəxş etdi. Özü ilə görüşmək fürsətim də oldu. Tahir Gözələ söylədim ki, iki komandanın işbirliyinin inkişafını istəyirik. Edə biləcəyimiz çox şey var.

Cənab Əliyevə Qarabağda meydanın hazırlanmasının və orada oyun keçirmək istədiyimizi bildirdim. Mən “Qalatasaray”ı orada görmək istəyirəm. Çox anlamlı olardı. Özü də bu istəyimlə bağlı təlimatlar verdi. Böyük ehtimalla bir hazırlıq oyunumuzu da Qarabağda keçirəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43