Dünya futbolu

“Qalatasaray”ın futbolçusu koronavirusa yoluxdu

Çili millisinin və “Qatasaray”ın futbolçusu Erik Pulqarda koronavirusa yoluxub.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı oyunçunun COVİD-19 testinin pozitiv çıxıb və evində karantinə alınıb.

Çili Futbol Federasiyasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, futbolçu martın 24-də baş tutacaq Braziliya ilə oyunda iştirak etməyəcək.

“Qalatasaray” Erik Pulqarı bu qış İtaliyanın “Fiorentina” klubundan icarəyə götürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43