Kateqoriyasız

“Qarabağ” 4 futbolçusu ilə müqavilə yenilədi

“Qarabağ” gənc futbolçuları Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə müqavilələrini yeniləyib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Sözügedən 4 oyunçunun hər biri ilə 3 il yarımlıq sözləşmə imzalanıb.

Qeyd edək ki, Elvin və İsmayıl 2018-ci, Toral və Musa isə 2019-cu ildən Ağdam təmsilçisinin formasını geyinirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43