Kateqoriyasız

Qurban Qurbanov: “Qarabağ”ı asanlıqla tərk etmək fikrində deyiləm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Komanda.az saytının keçirdiyi sorğuda “ilin məşqçisi” seçilib.

İdmanxeber.az xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən 50 yaşlı mütəxəssis fikirlərini bildirib:

“Çox xoş oldu. Jurnalistlərə verdikləri dəyərə görə təşəkkürümü bildirirəm. Tədbir ildən-ilə daha maraqlı və geniş tərkibdə keçir. Bu il də onlar üçün ən ağır dönəmlərdən biri oldu. Avrokuboklardakı matçlarımız çox gərgin və baxımlı keçdi. 2022-ci il Azərbaycan futboluna ən çox marağın olduğu il kimi yadda qaldı. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən etibarən gərgin və maraqlı oyunlar bir-birini əvəzlədi. Ölkə futbolunun sevilməsi, gələcək inkişafı üçün çox böyük il oldu. Oyunlardan öncə bizim kimi sizlər də həyəcanlı idiniz. Gözləyirdiniz ki, görəsən, nəticə necə olacaq. Bizim yaşadığımız hissləri sizlərdə gördüm. Buna görə hər birinizə təşəkkür edirəm. Böyük futbolun dadını, dəyərini bu il daha çox hiss etdik. Son dəqiqələrədək bizlərlə olduğunuz üçün hər birinizə minnətdaram”.

Təcrübəli mütəxəssis gələcəkdə karyerasını başqa ölkə xaricində davam etdirmə ehtimalından da danışıb. O, hazırda belə bir ehtimalın olmadığını vurğulayıb:

“Çox istərdim ki, sonadək “Qarabağ”a sadiq qalım. Bəlkə də daha məsuliyyətli olmağım bu komandaya gələndən sonra olub. “Qarabağ”ı asanlıqla tərk etmək fikrində deyiləm. Əlbəttə, həyatdır. Hər şey ola bilər. Gələcəkdə hansısa böyük kluba getsəm belə, “Qarabağ”ı hər zaman üstün tutacağam”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43