Ölkə futbolu

“Qarabağ” 900-cü qolunu vurdu

“Qarabağ” Azərbaycan çempionatları tarixində 900-cü qolunu vurub. 

İdmanxber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 1992-ci ildən keçirilən milli çempionatların daimi iştirakçısı olan Ağdam təmsilçisi yubiley qolunu Premyer Liqanın XXXII turunun “Neftçi” ilə oyununda vurub. 

Bu topun müəllifi komandasına 1 xal qazandıran qolu vuran Murem Muarem olub. 800-cü qolunu ötən mövsümün əvvəlində vuran “Qarabağ”a növbəti yubileyinə çatmaq üçün 20 ay lazım olub. Ağdamlılar çempionatdakı qol sayında yalnız “Neftçi”dən (1135 qol) geri qalır.

Əyalət təmsilçisi 540 qolu evdə, 345-ni səfərdə, 15-ni netral meydanlarda vurub. İndiyədək 621 matç keçirən və bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ” 900-ə nəticəsi rəsmiləşən 600-cü matçında imza atıb. Bununla da komandanın orta məhsuldarlığı 1,50-yə bərabər olub.

“Qarabağ”ın çempionatdakı tarixi qolları

N

Oyunçu

Rəqib

Yer

Dəq.

 Mövsüm

Tarix

1

Mehman Alışanov

İnşaatçı(Sabitabad)

e

4

1992

03.05.1992

100

Səttar Əliyev

Xəzər (Sumqayıt)

e

68

1993/94

30.09.1993

200

Müşfiq Hüseynov

Kür-Nur (Mingəçevir)

e

1995/96

01.10.1995

300

Bəxtiyar Musayev

Neftçi (Bakı)

e

64

1997/98

22.11.1997

400

Elmir Xankişiyev

Şəfa (Bakı)

s

13

1999/2000

03.04.2000

500

Eldəniz Məmmədov

Şahdağ-Samur (Qusar)

s

89

2003/04

13.09.2003

600

Vasif Haqverdiyev

MOİK (Bakı)

e

14

2005/06

29.04.2006

700

Rəşad Sadiqov

Qəbələ (Qəbələ)

s

78

2009/10

06.12.2009

800

Rəşad Sadıqov

Sumqayıt (Sumqayıt)

s

21

2012/13

19.08.2012

900

Muarem Muarem

Neftçi (Bakı)

e

51

2013/14

27.04.2014


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43