Kateqoriyasız

Bizimkilər almanları məğlub etdi

Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.  

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, SV "Wehen Wiesbaden" klubunun U-17 komandası ilə qarşılaşan yığmamız Nadir Qasımov və Renat Dadaşovun vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43