Kateqoriyasız

“Qarabağ” – “Aberdin” oyununa nə qədər bilet satılıb?

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Aberdin” matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, axşamkı oyuna 8 min bilet satılıb. Bilet satışı davam edir və oyun saatına kimi bu rəqəmin 10 mindən çox olması gözlənilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43