Ölkə futbolu

“Qarabag” Bakıdan bir həftəlik getdi

Azərbaycan Premyer Liqasının XXX turunda “Simurq”la qarşılaşacaq “Qarabağ” bu gün Zaqatalaya yollanacaq.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, aprelin 17-də ölkə çempionatında “Simurq”la oyundan sonra Ağdam klubu ölkənin şimalında qalacaq. Buna səbəb “Qarabağ”ın apreli 21-də yenindən “Simurq”la üz-üzə gəlməsidir.

Bu dəfə Azərbaycan kubokunun yarımfinalında Georgi Çixradzenin komandası ilə qarşılaşacaq “Qarabağ” oyun öncəsi məşqlərə Zaqatalada davam edəcək.

Belə də “Qarabağ” bir həftə Bakıda olmayacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 30-cu turunun “Simurq” – “Qarabağ” oyunu aprelin 17-i Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43