Ölkə futbolu

“Qarabağ” başladı – Reynaldo sıraya döndü

“Qarabağ” bu günTopaz Premyer Liqasının 15-ci turunda qarşılaşacağı “Neftçi” ilə matçın hazırlıqlarına start verib.

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun komandası iki günlük istirahətin ardından klubun bazasında bir araya gəlib. Axşam saatlarında başlayan hazırlıq təxminən 1 saat yarım davam edib. Zədəsini sağaldan braziliyalı hücumçu Reynaldo Silva da komanda ilə biirgə məşqə başlayıb.

Qeyd edək ki, Qarabağ” – “Neftçi” oyunu fevralın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43