Dünya futbolu

“Qarabağ” Çempionlar Liqasında potensial rəqibini tanıyır

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarbağ” da bugünkü oyunlardan sonra öz potensial rəqibini tanıyacaq. Belə ki, Ağdam klubu sabahkı “Dandolk”la görüşdə sərfəli nəticə qazanıb, mərhələ adlayacağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasındakı ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, “Qarabağ” və “Dundalk” arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək. İrlandiyadakı görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.


Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

21:00. APOEL (Kipr) – “Sutyeska” (Monteneqro)
İlk oyun – 1:0

21:00. “Nımme Kalyu” (Estoniya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 0:5

21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – ÇFR (Rumıniya)
İlk oyun – 0:1

22:00. “Bazel” (İsveçrə) – PSV (Hollandiya
İlk oyun – 2:3

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan)
İlk oyun – 2:0

22:00. “Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan)
İlk oyun – 1:3

“Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)
İlk oyun – 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43