Kateqoriyasız

“Qarabağ” dünya reytinqində irəlilədi

Klubların dünya sıralamasında dəyişiklik olub.

İdmanxeber.az-ın məlumatına görə, IFFHS-in açıqladığı reytinqdə 301 komanda yer alıb. Cədvəldə ölkəmizdən yalnız “Qarabağ” var. Ağdam təmsilçisi aktivindəki 145,5 xalla 78-ci pilləyə yüksəlib. “Köhlən atlar” üç ay əvvəl dünyanın ilk “100-lüy”ündə yer almışdı.

Azərbaycan çempionu “Bayer”, “Borussiya” (Dortmund), “Vest Hem”, “Latsio”, “Fənərbaxça”, “Lill”, “Tottenhem”, “Anderlext”, “Valensiya”, “Şaxtyor” (Donetsk), “Fiorentina”, “Zenit” kimi tanınmış klubları qabaqlayır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43