Kateqoriyasız

“Matçda sanki yuxuya getdik” – “Ferentvaroş”un futbolçusu

“Qarabağ”a qarşı istədiymix oyunu göstərə bilmədik. Erkən qol planlarımızı məhv etdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Ferensvaroş”un futbolçusu Balint Veçsey  “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları cavab oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Oyunun axarını dəyişmək üçün bir çox şeylər yoxladıq. İkinci hissədə daha çox risk etdik. Rəqib əks-hücumlardan kifayət qədər yaxşı istifadə etdi. “Qarabağ”ın kiçik səhvi belə cəzalandıracaq futbolçuları var. Biz isə kifayət qədər böyük səhvlərə yol verdik. Matçda sanki yuxuya getdik. Topu aldıqdan sonra sürətli oynamalıydıq. İkinci hissədə buna cəhd etsək də, alınmadı. Evdə qalib gələ bilmədiymiz üçün məyusuq”.

Qeyd edək ki, mübarizəni Avropa Liqasında davam etdirəcək “Ferensvaroş” pley-off mərhələsində İrlandiya klubu “Şemrok Rovers”lə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43