“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, “atlılar” III təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib.
İki qolun qeydə alındıği matçda qalib müəyyənləşməyib – 1:1.
Cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
3 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan) 1:1
Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)
VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu