Kateqoriyasız

“Qarabağ” İtaliya millisinin sabiq üzvünü transfer edir – “Sky Sports”dan iddia

İtaliyanın “Çittadella” klubunun futbolçusu Cüzeppe Paniko “Qarabağ”ın maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, B seriya təmsilçisində top qovan 22 yaşlı forvarda Ağdam klubu təklif göndərib. Bu barədə nüfuzlu “Sky Sports” saytı xəbər yayıb. Paniko ilə maraqlanan klublar arasında “Qarabağ”ın da adı var.

Qeyd edək ki, Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. “Cenoa”nın yetirməsi 2018-ci ildən B Seriyası təmsilçisi “Çittadella”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43