Ölkə futbolu

“Qarabağ” – “Keşlə” matçının vaxtı dəyişdirildi

Topaz  Premyer Liqasının 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  “Qarabağ”ın “Keşlə” ilə ev oyununun vaxtı dəyişdirilib. Bu, Ağdam klubunun müraciəti, bakılıların razılıq məktubu əsasında gerçəkləşib. PFL turun “Qarabağ” – “Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib.

Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bildirilir ki, dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43