İdman

“Qarabağ” – “Kukesi” oyunu hansı kanalda?

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Kukesi” ilə keçirəcəyi cavab matçını canlı yayımlayacaq telekanal müəyyənləşib.

İdmanxeber.com-un klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, sabah keçiriləcək qarşılaşma “CBC Sport”un efirində olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da start götürəcək. Albaniyada 0:0 hesabı ilə başa çatan ilk görüşü də “CBC Sport” canlı yayımlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43