Ölkə futbolu

“Qarabağ” “Lokomotiv” üçün hazırdır FOTOLAR

“Qarabağ”ın Avstriyada keçdiyi təlim-məşq toplanışı sona yaxınlaşır.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, iyunun 18-dən  Kössen qəsəbəsində hazırlıqlarını sürdürən komanda dünən sonuncu məşqinə çıxıb. 

Ağdam təmsilçisi yerli vaxtla 19:30-da (Bakı vaxtı ilə 22:30)  90 dəqiqəlik məşq edib. Komandanın məşqi taktiki çalışma üzərində baş tutub.

Qeyd edək ki, “Qarabağ” bu gün Rusiya “Lokomotiv”i yoxlama oyunu keçirəcək. Qarşılaşma yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 21:30) başlayacaq. “Qarabağ” iyulun 8-i Azərbaycana qayıdacaq.

























İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43