Ölkə futbolu

“Qarabağ” – “Olimpiya” oyunu ikinci oldu

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın “Olimpiya” ilə heç-heçə (1:1) etdiyi qarşılaşma bu göstəricidə ikincidir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 27 354 tərəfdar olub.

Ən çox tamaşaçı isə “Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda gerçəkləşən dueldə 50 900 nəfər tribunada əyləşib.

Qeyd edək ki,  “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinin H qrupunda Almaniyanın “Bayer 04”, Norveçin “Molde” və İsveçin “Hakken” klubları ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43