Ölkə futbolu

“Qarabağ” “Qəbələ” ilə oyuna ciddi itkilərlə çıxacaq (ÖZƏL)

Bu gün Azərbaycan Premyer Liqasında VII tura "Qəbələ" – "Qarabağ" oyunu ilə yekun vurulacaq. "Qarabağ" bugünkü oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, Ağdam klubunun kapitanı Rəşad Sadıqov İtaliyada "Fiorentina" ilə oyunda zədələndiyindən matçı buraxmalı olacaq. Buna səbəb kapitanın ayağında ağrıların olmasıdı.

Bundan başqa, Əfran İsmayılov da axşamkı oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Qarabağ" matçı saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43