İdman

“Qarabağ” qələbə qazandı

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı “Qarabağ” “Sumqayıt”la yoxlama oyunu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, “Azərsun Arena”da keçirilən matçın ilk hissəsi qolsuz başa çatıb. Fasilədən sonra qapılara 3 qol vurulub. Görüşdə hesabı Ağdam klubundan Pedro Enrike açıb, 7 dəqiqə sonra qonaqlar status-kvonu bərpa edib. Oyunun sonuncu dəqiqəsində isə “köhlən atlar”dan Ruslan Hacıyev rəqib torunu silkələməklə “Qarabağ”a 2:1 hesablı qələbə qazandırıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43