İdman

“Kəpəz” “Zirə” oyununun hazırlıqlarına başlayıb

“Kəpəz” iki günlük bayram istirahətindən sonra məşqləri bərpa edib.

İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” Bakıda hazırlıq keçir. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib.

Xatırladaq ki, Gəncə klubu Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində aprelin 1-də doğma meydanda “Zirə” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43