Kateqoriyasız

“Qarabağ” qrup oyunlarını bu stadionda keçirəcək – dəqiqləşdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarını hansı stadionda keçiyi dəqiqləşib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.az-a bildirib ki, komanda qrup matçları üçün Tofiq Bəhramov adına Respublika stadionunu sifariş edib.

Xatırladaq ki, “Qarabağ” bundan əvvəl iki il avrokubokların qrupunda ev oyunlarını Olimpiya stadionunda keçirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43