Premyer Liqa

“Qarabağ” Rəşad Sadıqovun durumu ilə bağlı açıqlama yayıb

“Qarabağ”ın və milliminin kapitanı Rəşad Sadıqovun zədəsinin son durumu məlum olub.

İdmanxeber.com-un məlumatına görə, futbolçu dünən Londonda həkim müayinəsindən keçib. Məlum olub ki, o, ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Fiorentina” ilə oyundan sonra zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim. Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacam” – deyə R.Sadıqov bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43