İdman

“Qarabağ” seçim qarşısında: “Dalğa Arena”, yoxsa Olimpiya stadionu?

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” qrupdakı ilk ev matçını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək.

Bunu İdmanxeber.com-a açıqlamasında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çalışdırıcı mərkəzi arenanın ot örtüyündə yaranmış problemin ilk matça qədər aradan qaldırılmasının mümkünsüz olduğunu bildirib.

Məhz buna görə də,Çexiyanın “Slovan” komandası ilə matç  ya “Dalğa Arena”da, ya da Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43